2020-ci il fevralın 27-də Xəzər Universitetinin “Neftçilər” kampusunda Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM-ın) təşkilatçılığı ilə “Müasir ədəbiyyatda irfani əsintilər” adlı tədbir keçirildi. Dr. Nəzakət Məmmədlinin moderatorluğu və şair, yazıçı, dramaturq İlqar Fəhminin təqdimatı ilə baş tutan tədbirdə klassik ədəbiyyatdakı “irfan” anlayışının şairin yaradıcılığındakı təsirlərindən söz açıldı. İlqar Fəhmi həm klassik, həm də modern üslubda yazdığı şeirlərdən nümunələr səsləndirdi.
Ədəbi məclisdə alim, şair və musiqiçilər iştirak edirdilər. Tədbirin iştirakçıları ilə maraqlı diskussiya aparıldı.