Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar İnstitutu (MƏFAİ) Azərbaycan və ümumilikdə Şərq aləmi ilə bağlı tədqiqatlar, konfranslar və ədəbi-bədii görüşlər təşkil etməkdədir. Növbəti belə görüş 2022-ci il aprelin 15-də universitetin Mərmər zalında zalında baş tutdu.
Tədbirin qonağı AYB-nin Gənclər Şurasının sədri, şair-publisist, tədqiqatçı Fərid Hüseyn Məhəmməd Füzulinin yaradıcılığı, xüsusilə “Leyli və Məcnun” əsəri barədə özünəməxsus fikirlərini, şərhlərini dinləyənlərə çatdırdı. Eyni zamanda, İnstitutun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Məhəmməd Füzuli, Mövlana Rumi dühalarından söz açaraq, onların şeirlərini səsləndirdi. Tədbirin sonunda Fərid Hüseyn yeni şeirini oxudu və verilən sualları cavablandırdı.