2023-cü il yanvarın 21-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda (MƏFAİ) növbəti “Açıq qapı günü” keçirildi. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirin qonağı oldu.
Tədbirdə MƏFAİ-nin direktoru Dr.Nəzakət Məmmədli Mövlananın “Məsnəvi” əsərindən “Xəzinə dalınca Misirə gedən şəxsin hekayəsi” ni şərh etdi. Psixoloq Elnarə Baxışlının “Özümüzü necə inkişaf etdirməli?” mövzusunda məruzəsi dinlənildi.
Sonra irfan və təsəvvüf, şəxsiyyətin inkişafı mövzularında maraqlı müzakirələr oldu.