Noyabrın 7-sində Avropa Türk-İslam Birliyinin prezidenti, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun bir neçə əməkdaşı ilə birlikdə Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir. İnstitutun müdiri filologiya elmləri doktoru Nəzakət Məmmədli institutun fəaliyyətinin nəticələri haqqında məlumat vermiş, aparılan tədqiqat işləri və təşkil olunan konfranslardan bəhs etmişdir. Həmçinin, Oktyabr ayında keçirilmiş “Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” adlı beynəlxalq konfransın təşkilində göstərdikləri dəstəyə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirmişdir. Musa Sərdar Çələbi Azərbaycanın Türk irfan düşüncə sistemində önəminə diqqəti çəkərək bu istiqamətdə tədqiqatların zərurətindən bəhs etmişdir. Görüşdə qarşılıqlı elmi əlaqələr, gələcək layihələrlə bağlı müəyyən qərarlar alınmış və sonda xatirə şəkli çəkdirilmişdir.