Oktyabr ayının 14-15 tarixlərində Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun və Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır.
Dünya mədəni irsinə dəyərli töhfələr vermiş Füzuli Bağdadi türkdilli ədəbiyyatımızın ən qüdrətli söz ustadlarından biridir. Şairin türkcə divanı, “Hədiqətüs-Süəda”, “Leyli və Məcnun”, “Bəngü Badə”, Şikayətnamə”, “Söhbətül-əsmar”, “40 hədis” əsərləri, farsca divanı, “Həft cam”, “Səhhət və Mərəz”, “Rindü Zahid” əsərləri, ərəbcə “Mətləül-etiqad” əsəri və qəsidələri onun üç dildə ölməz ədəbi nümunələr yaradan qüdrətli bir sənətkar olduğunu sübut edir. Əsrlər keçcə də Füzuli poeziyası öz təravətini, aktuallığını itirmir. Dərin irfani mənası, yüksək poetik xüsusiyyətləri ilə seçilən bu əsərlər geniş coğrafi arealda yayılmış, ədəbi və fəlsəfi mühitə güclü təsir göstərmişdir. Əsrlərin sınağından uğurla çıxan Füzuli yaradıcılığı, insanlığa, xüsusilə də gənc nəslin yüksək mənəvi dəyərlər işığında, bütün dünyaya və insanlığa sevgi atmosferində yetişməsinə xidmət edir.
Füzuli irsinin öyrənilməsi, beynəlxalq ədəbi ictimaiyyətə daha yaxından tanıdılması bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi, dünyada müharibələrin, terrorun, ictimai duyarsızlığın və laqeydliyin hökm sürdüyü bir zamanda çox gərəkli və önəmlidir.
Məhəmməd Füzuli dünya ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, özündən sonra gələn Şərq ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair və mütəfəkkirdir. Onun çoxşaxəli, zəngin ədəbi-fəlsəfi irsi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.
Simpoziumun mövzuları:
- Füzulinin sələfləri və xələfləri
- Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətləri
- Füzuli yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər
- Füzuli yaradıcılığında irfan və təsəvvüf
- Füzuli yaradıcılığında eşq
- Füzuli şeirlərinə yazılan nəzirələr və təxmislər
- Füzuli əsərlərinin dünya dillərinə tərcüməsi
- Azərbaycan füzulişünaslığı dünən və bugün: problemlər və perspektivlər
- Füzuli əsərlərinin tədrisi metodikası
- Dünya ədəbiyyatşünaslığında Füzuli yaradıcılığı
- Qeyd edək ki, simpozium əyani və onlayn surətdə baş tutacaqdır.
Tezislərin qəbuluna dair tələblər:
- Tezislər Azərbaycan, türk, ingilis və ya rus dilində yazılmalıdır.
- Tezislərin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: fuzuli530@khazar.org
- Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və mail ünvanı göstərilməlidir.
- Tezisin həcmi 250-300 söz olmalıdır.
Məruzələrin tam mətni üçün tələblər:
- Azərbaycan, türk, və rus dilində olan məqalələrə ingiliscə də xülasə yazılmalıdır.
- Məqalələrin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: fuzuli530@khazar.org
- Məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və email ünvanı göstərilməlidir;
- İstinadlar APA sisteminə uyğun olaraq verilməlidir.
- Məqalələrin həcmi 4000 sözdən artıq olmamalıdır.
Önəmli tarixlər:
Tezislərin qəbulunun son tarixi: 25 iyul 2024-cü il
Qəbul olunan tezislərin elanı: 10 avqust 2024-cü il
Məqalələrin tam mətninin qəbulu: 5 oktyabr 2024
Simpoziumun keçiriləcəyi tarix: 14-15 oktyabr
Ünvan: Bakı şəhəri, Məhsəti Gəncəvi küçəsi,
Əlaqə telefonu: +994 12 (+994 12) 421 10 93 \ 421 79 16 (daxili nömrə 270)
E-mail: fuzuli530@khazar.org
ELMİ KOMİTƏ
Azərbaycan
Prof. Hamlet İsaxanlı | Xəzər Universiteti |
Prof. Rafael Hüseynov | Nizami adına Ədəbiyyat Muzeyi |
Prof. Muxtar İmanov | Azərbaycan Dillər Universiteti |
Prof. Şəfəq Əlibəyli | Nizami adına Ədəbiyyat Muzeyi |
Prof. Lalə Əlizadə | Azərbaycan Dövlət Memarlıq və İnşaaat Universiteti |
Prof. Aida Qasımlı | Bakı Dövlət Universiteti |
Prof. Ataəmi Mirzəyev | AMEA Ədəbiyyat İnstitutu |
Fil. e.d. Almaz Ülvi Binnətova | AMEA Ədəbiyyat İnstitutu |
Fil.e.d. Xuraman Hümmətova | AMEA Ədəbiyyat İnstitutu |
Fil.ü.f.d. dos.Səadət Şıxıyeva | AMEA Şərqşünaslıq İnstitutu |
Fil. ü.f.d. Əsmətxanım Məmmədova | Bakı Dövlət Universiteti |
Fil.e.d. dos. Nəzakət Məmmədli | Xəzər Universiteti |
Fil.ü.f.d. dos. Dilbər Zeynalova | Xəzər Universiteti |
Fil ü.f.d. dos.Xatirə Yusifova | Xəzər Universiteti |
Dr.Rüstəm Lazımov | Xəzər Universiteti |
Türkiyə
Prof. Ahmet Taşkın | Ankara Hacı Bayram Veli Universiteti |
Prof. Muhammed Nur Doğan | İstanbul Universiteti |
Prof. Ali Temizel | Səlcuq Universiteti |
Prof. Ridvan Canım | Trakya Universiteti |
Prof. Fatih Köksal | İstanbul Kültür Universiteti |
Prof. Ömür Ceylan | İstanbul Kültür Üniversitesi |
Prof. Nimet Yıldırım | Erzurum Atatürk Universiteti |
Dos. Mustafa Tatçı | Ankara Gazi Universiteti |
Dos. Metin Hakverdioğlu | Amasya Universiteti
|
ABŞ
Prof. Elyor Kerimov | Nyu York Hofstra Universiteti |
Hindistan
Prof. Rekibuddin Ahmed | Guvahati Dövlət Universiteti |
Prof. Zaman Ovehadur | Guvahati Dövlət Universiteti |
Qazaxıstan
Prof. Zübeydə Şadkam | Əl Farabi adına Qazax Dövlət Universiteti |
Dr. Nazım Kairanbayeva | Əl-Farabi adına Qazax Dövlət Universiteti |
Özbəkistan
Prof. Nurbay Cabbarov | Daşkənd Dövlət Universiteti |
Prof. Həmdulla Baltabayev | Özbəkistan Milli Universiteti |
Dr.Barnoxon Abdurrahmanova | Kokand Dövlət Universiteti |
TƏŞKİLATİ KOMİTƏ
Şəhram Oromi, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun həmtəsisçisi (sədr)
Prof. İsaxan İsaxanlı, Xəzər Universiteti İdarəetmə və Tələbə işləri üzrə prorektor (həmsədr)
Dos. Nəzakət Məmmədli, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri, üzv
Dos. Dilbər Zeynalova, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müdiri, üzv
Dos. Xatirə Yusifova, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, üzv
Əlövsət Əmirbəyli, Xəzər Universiteti İctimai əlaqələr və Media üzrə direktor, üzv
Fil.ü.f.d.Qardaşxan Əzizxanlı, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, üzv
Fəridə Seyidova, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun elmi işçisi, üzv
Fil.ü.f.d.Reyhan Mədətova, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, üzv
Natella Barkaya, Xəzər Universiteti Media Resursları Mərkəzinin müdiri, üzv