2020-ci il yanvarın 14-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırma Mərkəzində İranın görkəmli şairi, yazıçısı, uzun illər Nəbati irsinin araşdırmaçısı olan Xosrov Sərtipi ilə görüş keçirildi.
Tədbirdə Xosrov Sərtipi dahi şair və mütəfəkkir Əbülqasim Nəbati yaradıcılığının Azərbaycan ədəbiyyatındakı yüksək mövqeyindən danışdı. Ədibin əsərlərində eşq mövzusunun ülviliyini vurğuladı. Gənc və gələcək nəsilləri Nəbati yaradıcılığı ilə tanış etməyin əhəmiyyətindən söz açdı.
Sonra Xosrov Sərtipi musiqi müşayiəti ilə Nəbati irsindən gözəl şeir nümunələri səsləndirdi.
Tədbirdə Xosrov Sərtipi ilə qısa müsahibə də lentə alındı.