Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda
2024-cü il mayın 23-də Qazaxıstan Respublikası Milli Kitabxanasının Əlyazmaları bölməsinin müdiri Gülşad Abikova, Əl-Fərabi Universitetinin Yazma Əsərlər və Mədəni İrs Elmi Araşdırma Mərkəzinin müdiri Prof. Zübeydə Şadkam və həmin mərkəzin elmi işçisi Dr.Nazım Xayranbayova Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) qonağı olublar. Qonaqlar institutun fəaliyyəti ilə tanış olmuş, birgə əməkdaşlıq üçün perspektivləri müzakirə etmişlər. İnstitutun…