Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu elmi-tədqiqat təşkilatları haqqında ümumi qanunlara əsasən Xəzər Universiteti rektorunun əmri ilə Xəzər Universitetinin elmi-tədqiqat müəssisələri bazasında yaradılan və Universitetin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzidir.
Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu Azərbaycan başda olmaqla Şərq ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair tədqiqat işlərini həyata keçirmək; bu tədqiqləri dünyada aparılan mühüm araşdırmalar istiqamətinə yönəltmək və Universitetdə bu yöndə aparılan elmi işləri bir mərkəzdə əlaqələndirmək məqsədilə fəaliyyət göstərir.